Rəşad Gəncinskiyə hökm OXUNDU


Minsk rayon məhkəməsi azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılovun (Rəşad Gəncinski) 10 il azadlıqdan məhrum olunması haqda qərar qəbul edib.
Lent.az -ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, o, ötən ilin noyabr ayında iki əlaltısı ilə qanunsuz silah və narkotik dövriyyəsinə görə saxlanılıb. Onların üzərinə baxış zamanı Makarov, TT tapançaları və 14 güllə aşkar olunub. Bundan əlavə, onlardan həşiş də götürülüb.
Eyni zamanda, Rəşad Gəncinskinin saxta Rusiya pasportu ilə gəldiyi də məlum olub. İkinci təqsirləndirilən, İsmayılovun sürücüsü, Belarus vətəndaşı 8 il azadlıqdan məhrum edilib. Bu işdə adı keçən üçüncü şəxsə 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Onların adları açıqlanmır.
Məlumata görə, İsmayılov nüfuzlu “qanuni oğru” Nadir Səlifovun (Quli) Ukraynadakı Azərbaycan diasporuna “nəzarətçisi” olub. Rəşad Gəncinskinin məhz Qulinin tapşırığı ilə Belarusa gəldiyi də istisna olunmur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu