“İnsanlar sağlamlıq xərclərini ödəyə bilmir və evində ölür” – SOS

“Ona görə də səhiyyə sistemimizdə biabırçı vəziyyət müşahidə olunur. Bu baxımdan vətəndaşların hansı sektorda müalicə olunmasından asılı olmayaraq onların keyfiyyətli tibbi yardım almaq imkanı yox dərəcəsindədir”



Vətəndaşlar dövlət və özəl xəstəxanalarında doğuşun eyni qiymətə olmasından gileylənirlər. Məlumdur ki, aztəminatlı ailələrin əksəriyyəti dövlət xəstəxanasına müraciət edir. 
Buna baxmayaraq, dövlət xəstəxanasında doğuş qiymətinin 1000 manat civarında olduğu bildirilir. Lakin bu məbləğin kifayət qədər yüksək olması vətəndaşları xeyli  çətinə salır. Görəsən, həm özəl, həm də dövlət xəstəxanalarında qiymətlərin eyni olmasının səbəbi nədir?
Məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu bildirib ki, ölkəmizdə vətəndaşların gəlirləri ilə xəstəxana xərcləri arasında çox böyük uçurum var.
Həkimin qənaətincə, nə özəl, nə də dövlət xəstəxanasının müəyyən etdiyi tariflər vətəndaşların gəlirlərinə uyğundur:
“Azərbaycanda səhiyyə sistemi açıq-aşkar istismar obyektinə çevrilib. Vətəndaşların 90 faizi sağlamlıq xərclərini ödəyə bilmədikləri üçün həkimə müraciət etmirlər. Onların çoxu evdə ölməyə üstünlük verir.
Ona görə də səhiyyə sistemimizdə biabırçı vəziyyət müşahidə olunur.
Bu baxımdan vətəndaşların hansı sektorda müalicə olunmasından asılı olmayaraq onların keyfiyyətli tibbi yardım almaq imkanı yox dərəcəsindədir”.




Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu