Fransa mətbuatı S-400- ü yaradan Azərbaycan türkündən yazdı: Aşurbəyov kimdir ?

Frsansanın «redaction.media» saytında « Rusiya istehsalı olan S-400 raketlərini yaradan Azərbaycan türküdür » başlıqlı məqalə dərc olunub. 

«Sherg.az» adıçəkilən xarici media quruluşuna istinadən xəbər verir ki,  S-400 raketlərinin Türkiyəyə göndərilməsi davam edir. Ankara Vaşiqntonla imzaladığı razılaşmaya rəğmən Rusiyadan S-400 raketlərini almağa üstünlük verir.
Halbuki, Amerika 2017-ci ildə əldə olunmuş razılaşmaya əsasən Türkiyəyə F-35 satmalı idi, lakin Türkiyə bundan imtina etdi.  Və bu səbəbdən Vaşinqton Ankaraya iqtisadi sanksiya qoymağı planlaşdırır. 
Türkiyənin Rusiyadan bu silahları alması daha bir maraqlı məqamı üzə çıxarıb
Belə ki,  Rusiya Tədqiqat İnstitundan bildirilib ki, S-400 raketlərini yaradan Azərbaycan türkü - İqor Aşurbəyovdur. O hazırda Rusiya vətəndaşı olsa da, Rusiyada yaşasa da türk kökənlidir. 
Yazıda qeyd olunur ki, İ.Aşurbəyov 1963 çü ildə Bakıda anadan olub. Elm və iş adamıdır. Azərbaycan Neft Akademiyasını bitirib.
Mühəndislik sahəsində kompüter bilikləri üzrə ixtisaslaşmış doktorantdır.
Hava məkanı üzrə Beynəlxalq Axtarışlar Mərkəzinin banisidir. O, 2010-cu ildə Rusiyada Dövlət texnologiyası və elmi üzrə mükafata layiq görülüb.
2016-cı ildə isə nanotexnologiya və nanoelmlərin inkişafına verdiyi töhfəyə görə YUNESKO-nun Parisdə keçirilən tədbirində adıçəkilən qurumun medalı ilə təltif edilib. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu