DİQQƏT: Telefonunuz bu yolla izlənilə bilir


“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, bu proqramların köməyi ilə kolleqa və qohumları izləməyin mümkün olduğu bildirilir.
Həmin proqramlar aşağıdakılardır:
- “Track Employees Check Work Phone Online Spy Free”;
- “Spy Kids Tracker”;
- “Phone Cell Tracker”;
- “Mobile Tracking”;
- “Spy Tracker”;
- “SMS Tracker”;
- “Employee Work Spy”.
Bu proqram təminatı ümumilikdə 130 min dəfədən çox yüklənilib. Ən çox “Spy Tracker” və “SMS Tracker” proqramlarına müraciət olunub.
Aşkar edilmiş zərərverici proqramlar qurbanın olduğu yeri izləyir, onun kontaktlarını, SMS mesajlarını və zənglərin tarixçəsini toplayırmış. Bəzi qurğularda “WhatsApp” və “Viber” mesajlarına müdaxilə etmək də mümkün olub.
Qeyd edək ki, bütün casus proqramları artıq “Google Play”dən silinib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu