Bakıda intihara cəhd etmək istəyən şəxsi fikrindən daşındırdılar


 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin intihara cəhd etməsi ilə bağlı məlumat daxil olub

FHN-in rəsmi saytının xəbərinə görə, daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qülləli kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu