"Qorxma, qızım!": O indi ağrılarından xilas olmuş bir mələkdir



Antaliyada, milyonda bir insanda təsadüf edilən və müalicəsi tapılmayan Tay-Sachs (ferment çatışmazlığı) xəstəliyi diaqnozu qoyulan və 5 ildir yataqda tənəffüs cihazına qoşularaq həyat mübarizəsi verən Azara (6), dünən səhər keçinib. Azaranın dəfn  mərasimində ailəsi və yaxınları gözyaşlarına hakim ola bilməyib.






6 il əvvəl yuxusundan qışqırıqla oyanan və xəstəxanada Tay-Sachs (ferment çatışmazlığı) xəstəliyi diaqnozu qoyulan Dərya və Məmməd Gündüz cütlüyünün tək uşaqları Azara, bu günə qədər oturmaq, danışmaq, eşitmək, qidalanma və son olaraq da tənəffüs kimi həyati funksiyasını itirib.Dünən səhər saat 10:00 radələrində qida vermək üçün qızı Azaranın otağına girən anası Dərya Gündüz, qızının hərəkətsiz yatdığını görüb. O, 112 Təcili Çağırış Mərkəzini axtararaq kömək istəyib. Evə gələn sağlamlıq qrupları, Azaranı  15 dəqiqə ürək masajı edib, ancaq həyata qaytara bilməyiblər. Gündüz ailəsinin yaxınları ilə bərabər mərasimə uşaqları müxtəlif xəstəliklə mübarizə aparan ailələr də qatılıb. Ayaqda  güclə dayanan ana Dərya Gündüz, uzun müddət Azaranın tabutuna sarılıb gözyaşı töküb. Yaxınları tərəfindən təsəlli edilən ananın, "Qorxma, qızım" sözləri ürəkləri dağlayıb. Mərasimdən sonra atası, qızının axşamdan kefsiz olduğunu, səhər saat 10:00 radələrində həyata gözünü yumduğunu söyləyib. Özü üçün kədərli, qızı adına xoşbəxt olduğunu dilə gətirən ata, "Mən Azaranı cənnətdə digər yoldaşlarının yanına göndərdiyimiz üçün kədərlənmirəm. Əksinə, onun adına çox xoşbəxtəm. O indi ağrılarından xilas olmuş bir mələkdir. Uçur, oynayır, heç gəzə bilməmişdi Azara, indi gedir, qaçır, tullanır, üzür. Yoldaşlarıyla hər şeyi edir orada. Mən öz adıma və mənim kimi ailələr adına kədərlənirəm. Uşağımızı itirdik. Allahım kimsəni, düşmənimi də övladıyla sınamasın" deyə danışıb.
Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu