Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı FHN məlumat yayıb


Fövqəladə Hallar Nazirliyi Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

APA nazirliyin saytına istinadən bildirir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu