Yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alındı - FHN


İyulun 19-da Qax rayonunun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 ha sahədə quru ot və kol-kos yanıb.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən (FHN) "Sherg.az"a verilən məlumata görə, yanğın FHN-nin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.
FHN-dən verilən məlumata görə, görülən birgə operativ tədbirlər nəticəsində yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu