İnzibati-İqtisad Məhkəmələri ləğv edilib, yeni məhkəmələr yaradılıb 


Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.

"Sherg.az"in xəbərinə görə, bu Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncamında öz əksini tapıb.

Sərəncama əsasən, aşağıdakı inzibati məhkəmələr təşkil edilib:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

Sərəncamla aşağıdakı kommersiya məhkəmələri təşkil edilib:

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev bu sərəncamı Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun 2020-ci il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədilə imzalayıb. Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu