Saakaşvili parlament seçkisindən imtina etdi

Mixail Saakaşvili öz partiyasının - Yeni Qüvvələr Hərəkatının Ukraynada keçiriləcək parlament seçkisində iştirakını dayandırıb.

"Sherg.az" axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb. Saakaşvili partiyasının tərəfdarlarını Vladimir Zelenskinin partiyasına səs verməyə səsləyib:

"Mənim artıq suallarım peyda olub, amma düşünürəm ki, prezident Zelenskiyə çoxluğu formalaşdırmaq üçün şans vermək lazımdır. Ona görə də hazırda hər faiz önəmlidir", - deyə o bildirib.

Saakaşvili partiyasının toplayacağı səslərin Zelenskiyə mane olmasını istəmədiyini deyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu