Bu gün Ukraynada parlament seçkiləri keçirilir

Bu gün Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilir.

APA -nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da seçki məntəqələri açılıb və səsvermə başlayıb.
Səsvermə saat 20.00-da başa çatacaq.

Seçkilərdə 24 partiya və birmandatlı dairələrdən 3 min 220 namizəd iştirak edir. Deputatların yarısı proporsional, yarısı majoritar dairələrdən seçiləcək. Parlamentdə təmsil olunmaq üçün partiyaların 5 faizlik baryeri keçməsi lazımdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu