Prokuror Kaftancıoğluna 17 il həbs istədi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri Canan Kaftancıoğlunun sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə açılan cinayət işinin məhkəməsi başlayıb

Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, istintaqı aparmış prokuror Kaftancıoğlunun 4 il 10 aydan 17 ilə qədər həbslə cəzalandırılmasını istəyib. 
CHP yetkilisi “Prezidentə həqarət”, “Türkiyəni təhqir etmək”, “terroru təbliğ etmək”də günahlandırılır. 
İstanbul 37-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə 50-dən çox vəkil qatılıb. Prezident Rəcəb Tayyib Ərdoğanı isə məhkəmədə vəkilləri təmsil edib. Kaftancıoğlundan digər şikayətçilər, 15 iyul çevriliş cəhdində şəhid olanların yaxınları və qazilər də prosesə gəliblər. Məhkəmə heyəti Kaftancıoğlunun müdafiə hazırlaması üçün vaxt verərək prosesi təxirə salıb. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu