557 illik tarix: Burada namaz qılarkən yağış yağmır - FOTO

Türkiyənin Trabzon-Gümüşhanə sərhədində yerləşən, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə Kadırğa yaylasında üstü açıq, çevrəsi 1,5 metrlik daş divarla örtülmüş 557 illik cüt minarəli məsciddə yüz illərdir insanlar açıq havada ibadət edirlər. Yay mövsümünün gəlməsiylə Trabzon və Gümüşhanədən Kadırğa yaylasına köçən çoxlu insanlar bu məsciddə namaz qılır

Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu il də Gümüşhanənin Özkürtün, Kürtün, Trabzonun isə Maçka, Şalbazarı, Tonya və Beşikdüzü qəsəbə bələdiyyələrinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Kadırğa Otçular Yayla Şənliyi”nə gələn ziyarətçilər, namazlarını üstü açıq məsciddə qılaraq yüz illik ənənəni davam etdiriblər. 
Vətəndaşlardan Özkan Pekin, üstü açıq məsciddə ibadət ənənələrini yaşatmağa çalışdıqlarını bildirib: “Hər il buraya gəlirik. Burada namaz qılınarkən Allahın hikməti sayəsində yağış yağmır. Biz də bu ənənəni nəsildən nəsilə ötürmək üçün uşaqlarımızla buraya gəlib namaz qılırıq. Babalarımızın, atalarımızın tarixi mirasına sahib çıxmaq son dərəcə önəmlidir”. 

Yaylağa üstü açıq məsciddə namaz qılmaq üçün gəldiyini deyən Ömər Dural da deyib ki, səhər saatlarında hava pisləşib: “Amma namaz vaxtı bizə təsiri olmadı, ibadətimizi etdik. Allah bütün islam aləminin birliyini, bərabərliyini daim etsin. Uşaqlığımda, 1970-ci illərdə də buraya belə çox adam gəlirdi. Biz də yenə gəldik və ənənəni davam etdirməyə çalışırıq. Buranın mənəvi həzzi başqadır”. 
Kadırğa yaylağında baş tutan “Kadırğa Otçular Yayla Şənliyi” bu il də çoxlu insanın qatılması ilə gerçəkləşib. Nağara, zurna və kamança ilə keçirilən şənlikdə qadınların geyindiyi rəngarəng paltarlar maraq cəlb edib. Şənlikdə məhəllə sənətçiləri konsetr veriblər. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu