Tramp ikinci dəfə prezident seçilsə bir sıra idarələri ləğv edəcək



ABŞ prezidenti Donald Tramp növbəti dəfə dövlət başçısı seçiləcəyi təqdirdə gələcək planlarından danışıb.
Bu barədə "Report" "Washington Post"a istinadən xəbər verir.
Ağ Ev rəhbəri bildirib ki, o, ölkə büdcəsinin xərclərini azaltmaq niyyətindədir.
Tramp həmçinin bir sıra idarələri ləğv etmək istədiyini qeyd edib. O, vurğulayıb ki, bu, respublikaçıların Nümayəndələr Palatasına nəzarətinin qaytarılması ilə mümkün olacaq.
ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu