"Qalatasaray"ın Falkaoya etdiyi təklif açıqlandı



"Qalatasaray"ın heyətinə qatmağa çalışdığı Radamel Falkaoya etdiyi təklif açıqlanıb.

Fanat.az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "La Gazzetta dello Sport" qəzetinin müxbiri, tanınmış jurnalist Nikolo Şkira "Twitter"də yazıb.

Həmkarımız iddia edib ki, "Qalatasaray" kolumbiyalı ulduza 2 illik müqavilə və illik 5 milyon avro maaş təklif edib. Nikolo Şkira iddia edib ki, "Monako" ilə bir illik müqaviləsi qalan və ildə 9 milyon avro maaş alan Falkao İstanbul klubundan 6 milyon avro maaş tələb edib. Danışıqlar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu