Qum qasırğası bu ölkəni cənginə alıb - 13 kəndin yolu bağlandı



İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib.

Trend bildirir ki, bunu İranın Kirman vilayətinin Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

Ə.Baqirinin sözlərinə görə, qum qasırğası 17 nəfərin tibb məntəqələrinə müraciət etməsi ilə nəticələnib.

Qubernator əlavə edib ki, rayonun 130 kəndi qum qasırğası ilə üzləşib.

Ə.Baqiri tozun normadan 22 dəfə çox olduğunu deyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu