ABŞ-da isti hava şəraiti səbəbi ilə azı 6 nəfər dünyasını dəyişib


ABŞ-ın səhiyyə rəsmilərinin bildirdiyinə görə, isti hava şəraiti səbəbi ilə azı 6 nəfər dünyasını dəyişib.

Ölüm halları Merilend, Arizona və Arkanzasda qeydə alınıb.

Milli Hava Xidməti təhlükəli istilərin rütubətlə müşayiət edildiyini bildirib, lazımi tədbirlər görülmədiyi təqdirdə hərarət stresi və ya iflici barədə xəbərdarlıq yayıb. Ölkə boyu idman, konsert və festivallar kimi bütün tədbirlər təxirə salınıb.

1995-ci ilin iyul ayında temperaturun 36 dərəcəyə yüksəlməsi ilə təkcə Çikaqoda 700-dən çox adam ölmüşdü. Onların əksəriyyəti yoxsul və kondisonerə çıxışı olmayan yaşlılar olub. (Amerikanın səsi)

ABŞ-ın orta-qərb və şərq sahil şəhərlərində temperaturun yüksəlməsi isti havada ilişib qalan yüksək təzyiq sistemi ilə izah edir.

Şəhərlərdə ictimai hovuzların daha uzun müddətə açıq saxlanmasına göstəriş, isti hava ilə bağlı tövsiyələr verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu