Zelenski cangüdəninə irad tutdu 


Ukraynada keçirilən növbədənkənar parlament seçkilərində ölkə prezidenti Vladimir Zelenski səs verib.

“Qafqazinfo” xəbər verir ki, seçki məntəqəsinə xanımı ilə gələn Zelenski səsvermədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Bu zaman media işçilərinin önünü prezidentin mühafizəçisi kəsib. Zelenski isə öz növbəsində cangüdəninə irad bildirərək, ona jurnalistlərin önündən çəkilməyi tapşırıb.

Daha sonra açıqlama veren Zelenski Ukraynanın yeni Baş Naziri barədə də sualı cavablandırıb.

“Hesab edirəm ki, Ukraynanın yeni Baş Naziri tam müstəqil, peşəkar iqtisadçı olmalıdır. Nə vaxtsa Baş Nazir, spiker, hansısa partiyanın lideri olmayan şəxs yeni Baş Nazir postuna layiqdir. Hazırda bununla bağlı məsləhətləşmələr aparılır”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Yeni parlament formalaşandan sonra Ukraynanın yeni Baş Naziri seçiləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu