Bakı-2019: Azərbaycan millisinin 3 üzgüçüsü mübarizəni dayandırdı - YENİLƏNİB

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.
APA -nın məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü start xəttinə çıxıb.
Oğlanların sərbəst üsulla 400 m məsafəyə mübarizəsində Rəşad Əliquliyev qüvvəsini sınayıb. 15 yaşlı idmançı 4 dəqiqə 19,85 saniyə nəticə göstərib. O, 33 üzgüçü arasında 30-cu yeri tutaraq mübarizəni dayandırıb.

Oğlanların 100 m məsafəyə brass üsulu ilə üzmə yarışlarında isə Əliyar Cahangirov mübarizə aparıb. 1 dəqiqə 01,64 saniyə nəticə göstərən milli üzvü 32 idmançı arasında 30-cu yeri tutub. O da digər üzgüçülərimiz kimi mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün daha bir idmançımız Məryəm Şeyxəlizadəxangah qızların 100 m məsafəyə sərbəst üsulla üzmə yarışlarında Festivalla vidalaşıb.

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları start götürüb.
APA -nın məlumatına görə, Azərbaycan yığmasının mübarizəyə qoşulan ilk üzgüçüsü Məryəm Şeyxəlizadəxangah olub.
O, qızların sərbəst üsulla 100 m məsafədə qüvvəsini sınayıb. İdmançı məsafəni 58,85 saniyəyə qət edib.
M. Şeyxəlizadəxangah 53 iştirakçı arasında 28-ci yeri tutub. 15 yaşlı idmançı bu nəticə ilə növbəti mərhələyə yüksələ bilməyərək mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki üzgüçüsü start xəttinə çıxacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu