Azərbaycan Prezidenti qəzetlərə 1 milyon manat ayırdı - SƏRƏNCAM


Azərbaycan Prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
"Sherg.az"ın xəbərinə görə, sərəncamla Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu