DSX rəsinin yaralı əsgərin başından öpməsinə polkovnikdən MÜNASİBƏT - FOTO


Şair Ramaldanov: “E.Quliyev hər zaman sərhəd bölgələrindəki hadisələrə birbaşa diqqət göstərir. İstər İranla sərhəddə baş verən hadisələri, istərsə də, Qazaxdakı olayları generalın özü dərhal öz nəzarətinə alıb”
Ötənlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik  Elçin Quliyev Ermənistanla sərhəddə atışma zamanı yaralanmış əsgər - Elçin Bayramova baş çəkib. DSX rəisi onun vəziyyəti ilə maraqlanıb.
Və bildirib ki, xidmət müddəti başa çatmış əsgər tam sağaldıqdan sonra hospitaldan tərxis olunacaq. Əsgər E.Bayramov isə sağlamlığına qovuşduqdan sonra hərbidə qalıb, vətəninə xidmət etmək istədiyini dilə gətirib. Əsgərin bu arzusundan qürurlandığını deyən general onun başından öpüb. 
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik -polkovnik Şair Ramaldanov “Sherg.az”a söyləyib ki, hər zaman cənab Prezident müşavirələrdə, çıxışlarda, görüşlərdə məmurlara əhali ilə sıx əlaqədə olmasını tövsiyə edir:
“İlk növbədə məmur əhaliyə xidmət edən bir adamdır. Ona görə də cənab Prezident onlara sadə insanların qayğıları ilə maraqlanmaları istiqamətində tapşırıqlar verir. Ölkə başçısının tapşırıqlarını həyata keçirən, əhali ilə münasibətdə olan məmurların işi də davamlı olur. Lakin bu kimi tələblər yerinə yetirilmədikdə gec-tez vəzifə sahibləri öz mandatını itirir.
Demək olar ki, hər zaman biz cənab Prezidentin, eləcə də ailə üzvlərinin əhali ilə sıx münasibət qurduğunun şahidi oluruq. Fikrimcə, bir çox məmurlar ölkə başçısının və ailəsinin bu addımını nümunə götürürlər.
Elə onun nəticəsidir ki, mətbuatdan, televizyalardan görürük ki, nazirlər, onlarn müavinləri regionlarda öz sahələri üzrə sadə vətəndaşlarla görüşlər keçirib, problemlərini həll edirlər”.
Ş.Ramaldanov onu da bildirib ki, DSX-nin rəisi E.Quliyev hər zaman sərhəd bölgələrindəki hadisələrə birbaşa diqqət göstərir: 
“İstər İranla sərhəddə baş verən hadisələri, istərsə də, Qazaxdakı olayları generalın özü dərhal öz nəzarətinə alıb. Həmin ərazilərə yollanıb, baş verən hadisələrlə birbaşa tanış olub. DSX rəisi hər zaman hərbiçilərmizə baş çəkib onlarla maraqlanıb. Həmçinin müdafiə nazirimiz Zakir Həsənov tez-tez əsgərlərlə birlikdə olur, onlarla çörək kəsir.
Bunlar bizim general-polkovniklərimizin əsgərlərə və əhliyə olan münasibətinin ən bariz göstəricisidir. Fikrimcə, məmurların bu kimi addımı cənab prezidentin tapşırıqlarının, gördüyü işlərin, göstərdiyi yolların nəticəsidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu