“Uşaqlarımıza “yox” deməyi öyrətmirik, amma ölüm hökmü tələb edərik...” 

Sumqayıt şəhərində 55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorlayıb. Hadisə bir neçə gün öncə şəhərin 17-ci mikrorayon ərazisində baş verib. 

8 yaşlı qız nənəsigilə qonaq gəlibmiş, öz evlərinə geri qayıdarkən yolda 55 yaşlı kişi ilə rastlaşıb. Həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb və yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb.

Adətən bu cür iyrənc hadisələrin şahidi olan zaman cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri ölkəmizdə ölüm hökmünün tətbiq edilməsidir. Əksəriyyət düşünür ki, bu cür hallarda ölüm hökmü tətbiq olunduqda neqativ hallar tamamən aradan qaldırılmasa belə nisbətən azala bilər.

Baş verənlərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkəmizdə ölüm hökmünün bərpa olunmasının əleyhinə olduğunu dedi. 

Birlik sədrinin sözlərinə görə, ölüm hökmünün yerinə insanları maarifləndirmək üçün yetərincə işlər görülməlidir:

“Uşaqlarımıza “yox” deməyi öyrətmirik, amma ölüm hökmünü tələb edərik və bununla da ən asan yolu seçirik. İnsan haqları prinsiplərini rəhbər tuturuqsa, hansısa şəxsin  həyatını dəyişməsi və yaxud onun hansı səbəblərdən pis əməllər törətməsini, zorlanan şəxsin niyə susqunluğunu araşdırmalıyıq.

Məsələn, yaşlı qadınlar var ki, onları da zorlayırlar, lakin onlar bu prosesi uzun müddət gizlədirlər. Müəyyən zaman keçəndən sonra cinayət işi qaldırılması mümkün olmayanda bəzən başlarına gələnləri etiraf edirlər.

Biz insanlarımıza stereotipləri və davranış qaydalarını öyrətməliyik. Bəzi hallarda elə informasiyalar olur ki, valideynlər uşaqlarını həmin ana hazırlamalıdır. Uşaqlar belə proseslərdə təcili olaraq kimə və hara müraciət etməli olduqlarını bilməlidir. 

Düşünürəm ki, demokratiyanı rəhbər tutmuşuq və ölkəmizdə ölüm hökmünün təkrar bərpası heç də iyrənc cinayətlərin sonlanacağı demək deyil. Amerikada elə ştatlar mövcuddur ki, orada ölüm hökmü var, amma zorlanma hadisələri olur.

Deməli, zorlanma hadisələri ilə bağlı ölüm hökmünün bərpası çıxış yolu deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu