Bu bölgələrdə qaz olmayacaq - DİQQƏT

Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bu barədə "Sherg.az"a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. O bildirib ki, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır:
"Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq".
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov
Paylaş


Bizi Facebookda izləyin