Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər

 2019-07-23 13:30:00  15 dəfə oxunub Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisasının 3-cü kurs tələbələri Eldar Əliyev və Murad Hacıyev 13-19 iyul 2019-cu il tarixlərində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Fərqlilik yarat: rəqəmsal hüdudları aşaraq biznes işində necə nailiyyətlər əldə etməyi öyrən” mövzusunda beynəlxalq yay məktəbində iştirak ediblər.

İştirakçılar müvafiq mövzular üzrə iqtisadi, maliyyə, ticarət, bank, marketinq, logistika və digər bir sıra sahələrdə digitallaşmanın təzahürləri barədə məlumatlandırılıblar.

Seminarlarda “Digital Marketing”, “Performance Marketing”, “Content Marketing”, “FinTec vs Cryptocurrency”, “Digital Analystics” kimi mövzularda təqdimatlar dinlənilib, geniş müzakirələr aparılıb.

Beynəlxalq yay məktəbində Azərbaycanla yanaşı, Albaniya, Niderland, Makedoniya da daxil olmaqla, ümumilikdə  16 tələbə iştirak edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu