Şəki Xan Sarayında işlər yekunlaşdı


"Şəki Xan Sarayının ərazisindəartıq bərpa, təmizlik işləri aparılıb".
Bu barədə "Sherg.az"a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
O bildirib ki, ağacların budanma prosesi də yekunlaşıb:
"Şəki Xan Sarayının ərazisinə giriş isə digər dövlət qurumları ilə razılaşdırıldıqdan sonra bərpa edilə bilər".
Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb,onlardan biri vəfat edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu