“Bu, ermənilərin təşviş içində olmasından xəbər verir”

“Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq atəşkəsi pozması hər zaman provakativ xarakter daşıyıb”. 

Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 

Partiya funksioneri xatırladıb ki, 2016-cı ilin aprelində növbəti erməni təxribatı ordumuzun güclü əks həmləsi ilə üzləşib: 

“Aprel döyüşlərinin əhəmiyyəti və mahiyyəti Azərbaycanda böyük ruh yüksəkliyi yaratdı. Ən əsası torpaqlarımızın işğaldan azad olunmasının mümkünlüyünə inamı artırdı. Əks həmlənin dayandırılması beynəlxalq güclərin təzyiqi ilə baş versə də, düşmən artıq orumuzun gücünü və millətin döyüş ruhunu gördü.

Aprel döyüşləri ərəfəsində ATƏT yeni təkliflərlə çıxış edərək snayperlərin sərhəd xəttindən çəkilməsini istədi. Hətta bu barədə münaqişə tərəflərinin razılşaması oldu. Lakin ermənilər hələ də təxribatlardan əl çəkmir.

Son günlər Ermənistanla sərhəddə atəşkəsin dəfələrlə pozulması və əsgərimizin yaralanması ermənilərin təşviş içində olmasından xəbər verir. Ermənistan bu hərəkətləri ilə beynəlxalq qurumlara sübut etməyə çalışır ki, təmas xəttində vəziyyət hər an nəzarətdən çıxa bilər.

Bununla da daxili çəkişmələrə başı qarışan Ermənistan beynəlxalq ictimaiyətin diqqətini cəlb etməklə status-kvonu bir qədər uzatmağa çalışır”. 

Analitikin sözlərinə görə, Paşinyanın separatçı rejim rəhbərliyi ilə münasibətlərinin gərgin olması və Rusiyaya bağlı olan “Qarabağ klanı”nın güclü təzyiqləri onu çıxılmaz vəziyyətə salır: 

“Atəşkəsin pozulması hallarının Gürcüstanla sərhəddə baş verən “Keşikçidağ” Alban kilsəsi insidenti ilə üst-üstə düşməsini təsadüfi saymıram. Regionda gərginliyin səngiməsi ilk növbədə Rusiya hakimiyyətinə sərf etmir. Ukraynadakı seçkilərə müdaxilə edə bilməyən Rusiya bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Ona görə də Dağlıq Qarabağ münaqişəsilə bağlı kifayət qədər məşğul olmaq imkanları azaldığı üçün danışıqlar prosesini pozaraq zaman qazanmaq niyyətindədir. Dağlıq Qarabağ münaqişəsini ikinci plana çəkərək Gürcüstan və Ukrayna ilə məşğul olmağı üstün tutan Rusiya həm də Qarabağın separatçı rejimini dəstəkləyir”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu