Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ


Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Sherg.az"a bildirilib ki, kvotanın dolması üçün təxminən 30 yer qalıb. Vizaların verilməsi prosesi isə iyulun 27-dən başa çatacaq.

Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir. Həcc ziyarətinin qiyməti 4285 dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

Avqustun 2-dən 6-dək ziyarətə gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.

Aygün İbrahimli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu