“Vaşinqton Ankara ilə razılaşmaq məcburiyyətində qalacaq”

“Türkiyənin F-35 lərə o qədər də çox ehtiyacı yoxdur”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 
Analitik bildirib ki, Türkiyə yüksək keyfiyyətli 5-ci nəsil qırıcılar istehsal edir: 
“Məlumdur ki, F-35-lərin hissələrinin bir qismini Türkiyə özü düzəldir. Əgər ABŞ F-35-ləri Türkiyəyə satmaqdan imtina edərsə, Ankara hökuməti proyektdən çıxaacaq. Türkiyə “Patriot”u daha keyfiyyətli “S-400”-lərlə əvəzlədiyi kimi, F-35-ləri də başqa qırıcılarla dəyişdirə bilər.
Yəni, indiki halda Amerikanın müttəfiqi Türkiyə üzərinə F-35-lərlə getməsi absurd addımdır. Ağ Ev Türkiyəni iqtisadi sanksiyalarla, lirənin dəyər itirməsi ilə təhdid edir. Lakin Türkiyənin də Amerikaya cavab vermək imkanları var”. 
Ekspertin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Vaşinqtonun cavabını tutarlı şəkildə verə bilib: 
“İncirlik hərbi bazası Türkiyənin əlində ən ciddi kartdır. Bundan əlavə İstanbul və İzmirdə NATO-nun operativ hərbi qərargahları mövcuddur. Əfqanıstanda da Türkiyə önəmli rol oynayır.
Bütün bu amillər əslində Türkiyənin Amerikanın təhdidlərinə cavab verməsi üçün yetərlidir. S-400-lərlə bağlı gərginliyin uzun sürməyəcəyi fikrindəyəm. Əvvəl-axır Vaşinqton Ankara ilə razılaşmaq məcburiyyətində qalacaq”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu