306 min dollarlıq lüks avtomobili buldozer əzdi


Dünya Filippində məhv edilən 306 min dollarlıq Ferraridən  danışır. Əməliyyatı paytaxt Manilanın Gömrük Bürosu reallaşdırıb.




Sherg.az xarici media istinadən xəbər verir ki, lüks avtomobil Camama Avto Hub adlı firma tərəfindən ölkəyə parçalar halında gətirilib. Maşın ölkəyə qaçaq yolla gətirilməmişdən öncə mühərriki və iki qapısı ayrılıb. May ayında reallaşdırılan  əməliyyatda qaçaq Ferrari saxlanıb. Gömrük Bürosunun avtoparkına çəkilən Ferrarinin üzərinə bir buldozer çıxıb. Buldozer 306 min dollarlıq lüks avtomobili paramparça edib. 

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu