Dənizdə bir nəfər batdı


Astarada bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən "Sherg.az"a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Astara rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu