24 yaşayış məntəqəsində qaz olmayacaq - RƏSMİ


Bu gün saat 10:00-dan 15:00-dək Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə "Sherg.az"a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində “Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq.
Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10.00-dan Ucar rayonunda 6 kənd, Zərdabrayonunda bir qəsəbə və 16 kənd, o cümlədən Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu