Akşener CHP-ni tənqid etdi:“İYİ partiya olmasaydı, CHP İstanbul, Ankara...” 

Türkiyənin müxalif  İYİ Partiyasının sədri Meral Akşener bələdiyyə seçkisinə birgə qatıldığı Cümhuriyyət Xalq Partiyasını tənqid edib.  

Akşener bildirib ki, əgər İYİ partiya olmasaydı, CHP İstanbul, Ankara və başqa şəhərlərdə qələbədən danışa bilməz: 

“Partiya olaraq dəfələrlə fədakarlıq etmişik. Məsələn, Niğde şəhərində rəsmi olaraq elan edilməmiş bir nəfər “mən bu şəhərdən namizəd olacağam” dedi və CHP-dən namizədliyini irəli sürdü. Biz buna etiraz etmədik. Daha sonra Uşak şəhərində eyni mənzərə yaşandı və oradan da CHP-li namizəd önə çıxdı. Yenə etirazımızı bildirmədik. Amma bu cür davranışlar İttifaq ruhuna ziddir.

Əgər sözügedən şəhərlərdən bizim namizədlərimiz olsaydı, qələbə qazanmaq şansımız daha çox olardı. Lakin CHP-li namizədlər məğlubiyyətə uğradılar.
Biz Türkiyənin mənafeyini düşündüyümüz üçün ortaqlıq masasını zədələmədik”. 





Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu