BANK: faizlər yüksəkdir, bu müştərilərlə münasibətlər gərgindir

“Ölkənin bank sektorunda durğunluq höküm sürür”.

Bu barədə “Sherg.az”a banklardakı vəziyyəti dəyərləndirərkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 10 min dollara qədər olan problemli  kreditlər bağlanıb:
“Əhali ilə əksər bank arasında bu fonda məsələ həll olunub. Lakin 17 min manatdan yuxarı məbləğdəki problemli kreditlər həllini tapmayıb. Yəni, hazırda bu fonda problemlemlər qalmaqdadır.
Hətta məlum konteksdən müştəri və bank arasında münasibətlər kəskinləşib. Çünki banklar kiçik məbləğli kreditlərin həllindən sonra iri həcmli kredit götürənlərin üstünə düşüb.
Eyni zamanda bu sahədə ən ciddi problem bağlanan banklardan götürülən kreditlərdir. Nədənsə, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Yığılması Fondu lazımi tədbirləri görmür.
Amma məsələyə ümumi yanaşdıqda müşahidə olunur ki, ölkədəki banklarda kiçik məbləğdə kredit götürən müştərilər arasında münasibətlər düzəlib. Amma orta, iri sferalı müştərilərlə münasibətlər olduğu kimi qalır.
Bayaqda qeyd etdiyim kimi iki tərəf arasında münasibətlər kəskinləşib. Artıq banklar orta və iri həcmli kredit götürənlərə hüquq-mühafizə orqanlarından istifadə edərək təzyiqlər edir”.
Bankların vəziyyətindən söz açan ekspert diqqətə çartdırıb ki, bu sahədə durğunluq yaşanır:
“Yəni, banklardakı vəziyyəti tənzimləyən dövlət orqanları heç bir tədbir görmür. Hətta dövlət başcısının 2016-cı ilin sonunda təsdiq etdiyi maliyyə sektoru üzrə strateji yol xəritəsi belə icra olunmur. Bundan əlavə banklarımız qeyri-şəffaf işləyir.
Onlar hesabatlarını, məlumatlarını dərc etmirlər. Son iki ildə ölkənin bank sektorundan ciddi pisləşmə baş verdi. Amma ötən müddət ərzində yaxşıya doğruda hər hansı dəyişiklik olmadı”. 
Ə.Həsənov onu da söyləyib ki, banklarımızda kredit faizləri çox yüksəkdir:
“Amma burada bankları başa düşmək olar. Çünki bu faiz dərəcəsi bank sisteminin riskləri ilə bağlıdır. Bank kredit verib onu geri ala bilməyəndə onun xərcləri artır. Ona görə də faiz dərəcəsini yüksək edirlər ki, gələcəkdə baş verən hər hansısa bir sıxıntı banklara ziyan verməsin”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu