“Türkiyənin də Amerikaya tutarlı cavab vermək imkanları var” - ŞƏRH

“Türkiyənin F-35-lərə o qədər də çox ehtiyacı yoxdur”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 
Analitik bildirib ki, Türkiyə özü yüksək keyfiyyətli 5-ci nəsil qırıcılar istehsal edir:
“Məlumdur ki, F-35-lərin hissələrinin bir qismini Türkiyə düzəldir. Əgər ABŞ F-35-ləri Türkiyəyə satmaqdan imtina edərsə, Ankara hökuməti proyektdən çıxacaq. Türkiyə “Patriot”u daha keyfiyyətli “S-400”-lərlə əvəzlədiyi kimi, F-35-ləri də başqa qırıcılarla dəyişdirə bilər. 
Yəni, indiki halda Amerikanın müttəfiqi Türkiyənin üzərinə F-35-lərlə “hücum” etməsi absurd addımdır. Ağ Ev Türkiyəni iqtisadi sanksiyalarla, lirənin dəyər itirməsi ilə təhdid edir. Lakin Türkiyənin də Amerikaya tutarlı cavab vermək imkanları var”. 
Ekspertin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Vaşinqtonun cavabını layiqli şəkildə verə bilib: 
“İncirlik hərbi bazası Türkiyənin əlində ən ciddi kartdır. Bundan əlavə İstanbul və İzmirdə NATO-nun operativ hərbi qərargahları mövcuddur. Əfqanıstanda da Türkiyə önəmli rol oynayır. Bütün bu amillər əslində Türkiyənin Amerikanın təhdidlərinə cavab verməsi üçün yetərlidir. S-400-lərlə bağlı gərginliyin uzun sürməyəcəyi fikrindəyəm. Əvvəl-axır Vaşinqton Ankara ilə razılaşmaq məcburiyyətində qalacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu