“Bakı 2019”un həm beynəlxalq, həm də daxili əyhəmiyyəti var” 

İyulun 21-dən Azərbaycanın paytaxtında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı dünya ictimaiyyəti tərəfindən olduqca maraqla qarşılanıb. Beynəlxalq media orqanları və əcnəbi ekspertlər də təsdiqləyirlər ki, Bakıda keçirilən Festival kifayət qədər diqqət çəkən və izlənilən mühüm idman yarışlarından biridir. Həqiqətən də 50 iştirakçı ölkədən 3600 idmançının təmsil olunduğu festivalın miqyası onun çəkisini ortaya qoyur. Heç şübhəsiz, Azərbaycana beynəlxalq tədbirlərə ev sahibliyi hüququnun verilməsi ilk növbədə ölkəmizə olan inamın, etibarın nümayişi, dövlətimizin nüfuzunun göstəricisidir. 

Növbəti beynəlxalq idman tədbirinin əhəmiyyəti ilə bağlı “Sherg.az”a danışan millət vəkili Azər Badamov deyib ki, bu Festivalın Bakıda keçirilməsinin ölkəmiz üçün həm beynəlxalq, həm də daxili əyhəmiyyəti var: 

“Biz görürük ki, dünyada ziddiyyətlər və ölkələrarası münasibətlər arasında problemlər artmaqdadır. Belə proseslər fonunda Azərbaycan sülh adası kimi özünü təsdiq edə bilib və beynəlxalq tədbirlər üçün mərkəzə çevrilib. Həm də Azərbaycan idman ölkəsi imicini formalaşdırıb. Son illər Azərbaycanda çoxlu olimpiya mərkəzləri və beynəlxalq idman oyunları keçirmək üçün arenalar inşa olunub. Bu da bir çox idman oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirməsinə imkan yaradıb”. 

Parlament üzvü bildirib ki, Bakı müxtəlif ölkələrdən olan idmançıların bir araya gəlməsinə geniş imkan yaradır: 

“Bakı çalışır ki, insanlar arasında dostluq əlaqələri yaransın. Bu bir növ üzərimizə götürdüyümüz multikulturalizm missiyasının davamıdır. Ölkə başçısının rəhbərliyi altında apardığımız bu siyasət beynəlxalq aləmdə məmnunluqla qəbul edilir və böyük tədbirlərin keçirilməsinə Azərbaycana etimad göstərilir. XV Avropa Gənclər Festivalı həm də böyük idmana keçən yoldur və bu yarışların gənc idmançıların formalaşması baxımından böyük əhəmiyyəti vardır. Yəni, gənclərimizə özünü təqdim etməyə bir imkan yaranmış olur və bunu da gənclərimizin idmana stimullaşdırıcı bir mənbəyi hesab edirəm”.

Deputatın sözlərinə görə, Festivalın ölkəmizdə keçirilməsi həm də ölkəmizin turizm imkanlarının təbliği baxımından böyük əhəmiyyətə malikdir:

“Məhz belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizə gələn turistlərin sayının ilbəil artmasına gətirib çıxarır. Turizmin inkişafı təbii ki, iqtisadiyyatın dinamik inkişafına öz töhfəsini verir. Belə tədbirlərin keçirilməsinə minlərlə könüllü gənc cəlb olunur ki, bu da gənclərimizin təcrübə qazanmasına və formalaşmasına şərait yaradır. Beynəlxalq idman oyunları iqtisadiyyat, mədəniyyət və sabitlik deməkdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu