Ölkənin lift dərdi... – Tanınmış jurnalist gileyləndi - FOTOLAR

Ötənlərdə palitra qəzetinin əməkdaşı, jurnalist Tural Tağıyev yaşadığı binada liftin işləmədiyinə dair status paylaşıb. Onun sözlərinə görə, Suraxanı rayonu Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi bina 21 ünvanında təxminən iki həftə lift işləməyib:

“9-cu mərtəbədə yaşadığım üçün binanın damına olan çıxış nərdivanı düz qapımızın önündədir və qıfıllı saxlayırdıq. Amma məlum oldu ki, qıfıl da lift oğrularına əngəl olmurmuş. Nə isə ki, gecə qıfılı qırıb liftin bahalı hissəsinin müəyyən avadanlığını oğurlayıb apardılar. Sonradan qonşulardan eşitdim ki, oxşar hal digər blokda da yaşandı.

Bəlkə də, hüquq- mühafizə orqanları dərhal məsələnin üstünə düşüb araşdırsaydılar qorxu olardı, bu əməli törədən ikinci dəfə oxşar şeyi eyni binada təkrarlamazdı. İkinci bir tərəfdən kimsə liftin bərpası haqda düşünmədi, lift idarəsinə müraciət edəndə qonşular standart cavablar alırdılar ki, nə zaman avadanlıq olar gəlib düzəldərlər və s.
 
Təbii ki, isti yay günləri olduğu üçün blokda yaşlı, xəstə adamlar yaşadığı üçün yarım ay liftsiz qalmaq çətin idi. Şəxsən mən özüm bir iki yerə müraciət etdim. Suraxanı icrasına da onlayn müraciət etdim. Amma onlardan cavab yalnız iyulun 20-də gəldi. Ona qədər isə sakinlər özləri pul yığıb avadanlıq alıb düzəltidirdilər. Cavab məktubunda isə qeyd ediliridi ki,mənim müraciətim “Bakılift-2” İxtisaslaşmış İstehsalat İdarəsinin rəisinə yönəldilib”.

Jurnalist "Sherg.az"a aşçıqlamasında bu əməli kimlərin törətdiyini ayırd etmənin çətin olduğunu da bildirdi:

“Hər halda təəssüf doğuran haldır ki, ardıcıl baş verir və qarşısı alınmır. Nəticədə biz sakinlərin büdcəsindən gedir. Amma aidiyyəti qurumlarda operativlik, işə məsuliyyət olsa daha yaxşı olardı. Çünki artıq mən və bəzi qonşular da Prezidentə məktub yazmışdıq. Mən atama görə yazdım ki, lift işləməsə ağır xəstə olduğu üçün o aşağı düşüb qalxa bilmir. Ona isə gəzmək lazımdır. Uzun sözün qısası, hazırda lift işləyir, amma tədbir görülənə qədər sakinlər özləri öz pullarının hesabına bunu həll etdilər. Mən isə qonşulara pul yığmamağı, hər dəfə öz hesabımıza düzəltdirməməyi tövsiyyə edirdim. Çünki belə edirik ki, lifti xarab edən və ya oğurlayan bunu təkrarlayır”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu