Belarus diplomatı Ankarada güllələnib


Ankaranın Çankaya bölgəsində güllələnmə faktı qeydə alınıb.

APA “CNN TÜRK”ə istinadən xəbər verir ki, Belarus səfirliyinin inzibati işlər müşaviri Aleksandr Poqanşev türk qonşusu tərəfindən güllələnib. 

İki güllə yarası alan Poqanşev ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. 

Məlumata görə, diplomatı güllələyən təqaüddə olan hərbçi olub. Onun hadisədən sonra atəş açdığı silahla özünü öldürdüyü bildirilir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu