Suraxanı rayonunda qardaş bacısını bıçaqlayıb



Yeni Suraxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib

APA xəbər verir ki, ailə münaqişəsi zəmnində qardaş bacısı, 1989-cu il təvəllüdlü Əliyeva Səbinə Vaqif qızına bıçaqla xəsarət yetirib.

Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan S.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu