Dişi şir yaralı tülkünü parçalanmaqdan necə xilas edir ? – İnanılmaz davranış ! – Video 

«Ekspertlər bunu dişi şirlərdə analıq instinktinin daha güclü olması ilə izah edirlər. Dişi şirin erkək şirə qarşı çıxmasını isə cəsarət nümunəsi kimi dəyərləndirirlər »


Yolun ortasında yaralı vəziyyətdə bala tülkü bir dişi şirin diqqətini cəlb edib. 
Tülkü bu şirin onu parçalamasındsan qorxaraq özünümüdafiəyə çəkilib. Amma dişi şir çox inanılmaz və gözlənilməz bir davranış nümayiş etdirib.
«Sherg.az» «ohmymag.com»a istinadən xəbər verir ki, dişi şir yaralı tülkünün yanına gələrək ona analıq instinkti ilə yanaşır. Erkək şir yaralı heyvana yaxınlaşıb, onu parçalamağa cəhd göstərsə də, dişi şir çox təccüblü bir qərar qəbul edir.
O öz erkəyinə qarşı çıxır, erkəyi ilə bir neçə dəqiqə savaşa girir. Erkək şirin  yaralı tülkünü parçalamasına imkan vermir.
Bu müqaviməti görən erkək şir geri çəkilmək məcburiyyətində qalır. Hətta bu erkək və dişi şirlərdən törəyən bala şirlər də yaralı tülkünün ətrafına toplaşırlar.
Onlar da analarının onu qoruduğunu görüb yaralı tülkünə toxunmurlar. Bundan sonra yaralı tülkü öz yuvasına qaçır və yarasını sağaltmağa başlayır. 
Dişi şirin bu davranışı bütün telekanallarda yayaımlanır, ekspertlər bunu dişi şirlərdə analıq instinktinin daha güclü olması ilə izah edirlər. Dişi şirin erkək şirə qarşı çıxmasını isə cəsarət nümunəsi kimi dəyərləndirirlər.
Demək lazımdır ki, bəzi şirlər gözlənilməz və inanılmaz humanizm göstərə bilərlər. 





Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu