"Türk qardaşlarımızın da Azərbaycana vizasız gəlməsi çox gözəl olacaq" - Firudin Cəlilov

"Azərbaycan Prezidentinin addımını alqışlayıram"

“Biz “bir millət, iki dövlətik”. Eyni millətin arasında sərhəd və viza söhbəti olmamalıdır”.
Bunu “Sherg.az”a açıqlamasında türkoloq alim, professor Firudin Cəlilov deyib. 
Alim bildirib ki, Azərbaycan vətəndaşları vizaya ehtiyac duymadan Türkiyəyə rahat gedirlər. Türk qardaşlarımızın da Azərbaycana vizasız gəlməsi çox gözəl olacaq: 


“Türkiyə bizim vətənimiz olduğu kimi Azərbaycanda da onların vətənidir. Ona görə də bu addımı ancaq alqışlamaq lazımdır. Azərbaycan və Türkiyə elə bir regionda yerləşir ki, bölgəmiz həmişə başqa dövlətlərin, super güclərin maraq dairəsində olur. Qardaş Türkiyə ilə nə qədər çox yaxınlaşsaq, hər ikimizin xeyrinədir. Hətta bir dəfə təklif etmişdim ki, Azərbaycan və Türkiyə konfederativ birlik yaratsın. Yəni hər iki dövlət bütün strukturlarını saxlayır, amma pul, ordu və başqa məsələlərdə ortaq hərəkət edirlər. Bu fürsətdən istifadə etmək lazımdır. Ona görə də Azərbaycan Prezidentinin addımını alqışlayıram. Çox yaxşı olar ki, Azərbaycan vətəndaşları üçün tətbiq olunan bir aylıq məhdudiyyəti də aradan qaldırsınlar”. 
Qeyd edək ki, Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib: “Viza rejimi Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılıq əsasında ləğv olunub. Bu da “Bir millət, iki dövlət”ə yaraşan haldır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu