“Uçan adam” La-Manş boğazını keçməyə cəhd etdi, amma suya düşdü 



“Uçan adam” ləqəbli Franki Zapata adlı şəxs Fransa və Birləşmiş Krallığı birləşdirən La-Manş boğazını özünün ixtira etdiyi “Flyboard” uçan maşını ilə keçmək istəyib.


AZƏRTAC xəbər verir ki, o, 35 kilometrlik məsafəni 20 dəqiqəyə qət etməyi nəzərdə tutsa da, istəyinə nail ola bilməyib. Yolda maşını kerosinlə təchiz etmək istəyərkən suya düşən ixtiraçı sahilə çıxarılıb. F.Zapata uçan maşını dənizdə kerosinlə doldurmağı nəzərdə tutsa da, son anda Fransa dəniz prefekturası buna icazə verməyib.
Qeyd edək ki, Franki Zapata “Flyboard” uçan maşınını ilk dəfə iyulun 14-də Fransanın milli bayramı münasibətilə təşkil olunmuş nümayişdə təqdim edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu