Deputat:“...Uşaq pulu ilə bağlı vəsaitin miqdarını müəyyən edəcəyik” – Bərpa olunur ? 

Azərbaycanda uşaq pulunun veriləcəyi barədə söz-söhbətlər bitmir. Bəzi mənbələrin verdiyi məlumata görə, rəsmi qurumlarda uşaqların siyahısının yenilənməsinə başlanılıb. Artıq “JEK”lərdən evlərə zəng vurularaq dəqiqləşdirmələr aparılır.

Qeyd edilir ki, Sentyabr ayından etibarən 1-7 yaş uşaqlar üçün 80 manat, 8-14 yaş uşaqlar üçün 50 manat, 15-18 yaş uşaqlar üçün 30 manat uşaq pulu veriləcəkdir. 
Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Araz Əlizadə bildirdi ki, uşaq pulunun tətbiq olunmasına dair müəyyən müzakirələr aparılıb:
“Parlamentin payız sessiyasında uşaq pulu ilə bağlı vəsaitin miqdarını müəyyən edəcəyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu