“Müraciət edənlər halsızlıq və baş gicəllənməsindən şikayətlənir” – NİYƏ? 

Son günlər iyul ayı üçün xarakterik olmayan anormal hava şəraiti müşahidə olunur. Qeyri-sabit, gah isti, gah da güclü küləkli olan ağır havanın səhhətimizə təsirsiz ötüşmədiyi məlumdur. 

Belə ki, əhali arasında baş gicəllənməsi və göz qaralmasından əziyyət çəkənlərin sayı hər gün artır. Həmçinin ürək bulanması, bədəndən soyuq tər axması da mənfi göstəricilər arasındadır. 
İyul ayı üçün anormal havanın höküm sürdüyünü deyən həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirdi ki, günədlik müraciətlərin statistikasına fikir verdikdə görünür ki, hər kəs halsızlıq və baş gicəllənməsindən şikayətlənir:
“İyun ayının sonlarında qeyri-stabil istilər oldu. İyul ayında isə istilik 33 dərəcədən yüksək olmur. Ancaq isti küləkli hava müşahidə olunur. Paytaxtdakı toz-torpaq, qeyri-stabil hava cərəyanı təhlükəlidir.
Xüsusilə bu cür hava yaşlı adamlara, ürək-damar və nevroloji xəstəliyi olanlara mənfi təsir edir. İllik normaya uyğun olmayan hava şəraiti iyul ayında müşahidə olunur. Təsəvvür edin, iyulda 31-33 dərəcə istilikdir və külək olur. Həmçinin havada tutqunluq var, yəni normal hava cərəyanı yoxdur.
Əlbəttə, külək əsə bilər, amma bu dərəcədə toz-torpağın olması düzgün deyil. İyul ayı üçün xarakterik olmayan hava şəraiti müşahidə olunduğuna görə, bu əksər insanlara pis təsir göstərir.
Ürək bulanma, baş gicəllənmə halları müşahidə olunur. Tibbdə “damar istoniyası” deyilən bir termin var. Yəni, normalda hər birimizin damarlarımızın tonusu var. Belə havalarda damar istoniyası deyilən bir vəziyyət yaranır.
Damar istoniyası olanda isə tonus pozulur, xəstələrdə təzyiq ya kəskin qalxır, ya da düşür, beyin qan dövranı pozulur, huş itir. Bu zaman şəkər xəsətəsi olan insanlar daha pis vəziyyətdə olurlar.
Bütün bunlar qeyri-stabil hava şəraitinin insan orqanizminə olan əlavə təsirləridir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu