“Rəsmi Bakının mövqeyi prinsipial və milli maraqlar çərçivəsindədir”

“Gürcüstanla sərhəddə baş verən təxribatlar bölgədə yeni münaqişənin çıxarılmasına hesablanmışdı”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, gürcü şovinistlərinin bu təxribatı 90-cı illərdə ermənilərlər bağlı hadisənin analoji davamı idi: 
“Azərbaycan dövlətinin müdrik və çevik hərəkətliyi, öz milli suverenliyini qorumaq prinsipi nəticəsində bu kimi təxribatların qarşısını almaq mümkün oldu.
Hesab edirəm ki, sərhəd qoşunlarının nəzarəti gücləndirməsi gürcü şovinistlərinin iki ölkə arasındakı əlaqələrə zərbə vurmaq niyyətlərini puç edəcək. Həmçinin, üçüncü qüvvələrin və erməni-rus tandeminin gürcü vasitəsilə çirkin planını vaxtında dəf etdi.
Burada Azərbaycanın hərbi cəhətdən möhkəmlənməsi rəsmi Tiflisin də maraqlarına cavab verir. Çünki zəif və öz ordusunu komplektləşdirə bilməyən rəsmi Tiflisə sərhəddə bu kimi təxribatların qarşısının alınmasında aciz və zəifdir”. 
Analitik vurğulayıb ki, rəsmi Bakının hazırkı mövqeyi prinsipial və milli maraqlar çərçivəsindədir: 
“Sərhəddə hərbi fəaliyyətimizi gücləndirmək iki qonşu ölkə arasında strateji tərəfdaşlığa zidd deyil. Gürcüstandakı təxribatçıların nə deməsindən asılı olmayaraq, rəsmi Bakı milli və regional təhlükəsizlik baxımından lazımi addımlar atır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu