Mərkəz sədri içməli su ilə bağlı müdhiş faktlar sadaladı:“Təhlükəli maddələr...” 


Elçin Bayramlı: “Metsamor AES-in radiaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də Bakıya gəlir”

“Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur”
"Bir neçə imkanlı adam tanıyıram ki, dağ kəndlərindən su maşınları ilə bulaq suyu gətirdir. Hər maşını 200-300 manata təxminən 7-8 ton su tədarük edir"

“Su filtr şirkətlərin birində işləyən dostum var. Deyir ki, həmin aparatları bir çox vəzifəli şəxslərin evində öz əllərimlə quraşdırmışam. Hətta çoxu əl yumağa belə o sudan işlədir”


“Paytaxtda yaşayan aztəminatlı insanların həyatı təhlükə altındadır”.
Bunu “Sherg.az”a paytaxtın su təhcizatındakı problemlərdən danışarkən "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı bildirib.
Onun sözlərinə görə, xəstəliklərin 80 faizi çirkli sudan yaranır:
“Bakıya verilən su kimyəvi cəhətdən çox çirkli və təhlükəlidir. Ona görə də suyu birbaşa krantdan içmək olmaz. Ən pis halda qaynadılmalıdır, yaxşı halda isə filtrdən keçirilməlidir. Suyun təmizliyi duru görünməsi ilə deyil.
Duruluq sadəcə lilin toz-torpağın yatması ilə bağlıdır. Suyun təmizliyi tərkibindəki ağır metalların, kimyəvi maddələrin, toksik və bakterioloji çirklənməsinin səviyyəsi ilə ölçülür. Yəni, su molekulyar dərəcədə çirklənəndə belə duru görünə bilir. Metsamor AES-in radiaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də Bakıya gəlir.
Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur.
Xlor onların heç 10 faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişimir.
Tərkibindəki bakterialar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama tempraturunda belə ölməyən bakteriaları suyu saxlamaqla ya da qaynaqmatla məhv etmək olmur. 
Su filtrləri çıxış yollarından biridir. Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır. 
E. Bayramlı onu diqqətə çatdırıb ki, şəhərdəki zərərli sudan qorunmağın daha bir yolu kənddən bulaq suyu gətirtməkdir:
“Amma bu da çox baha başa gələn bir işdir. Bir neçə imkanlı adam tanıyıram ki, dağ kəndlərindən su maşınları ilə bulaq suyu gətirdir. Hər maşını 200-300 manata təxminən 7-8 ton su tədarük edir. Bakıda yalnız Oğuz-Qəbələ suyu təbiidir. Lakin bu xəttlə nəzərdə tutulduğu qədər su gəlmir. Heç şəhərin 30 faizini ödəmir.
Üstəlik Kür və ya Çeyranbatan suyu ilə qarışdırılır nəticədə o da çirklənmiş olur. Sumqayıtdakı sutəmizləyici zavod bütün Bakı və Sumqayıtı təmin edə bilsəydi, deyə bilərdik ki, paytaxt və ətrafına təmiz su verilir.
Hətta “Azərsu” təmiz su versə belə, su, müxtəlif çürümüş borulardan, çirkli hovuzlardan keçib evlərə gəlib çatanadək xeyli çirklənir. Bakıdakı su heç bir standarta uyğun deyil və ola da bilməz.
Su gələn mənbələr məlumdur. Suyun kimyəvi tərkibinin təmizlənmədiyi, güclü filtrlərdən keçmədiyi aydındır. Xarici ekspertlər də Bakıdakı suyun təhülkəli olduğunu dəfələrlə deyib.
Qaldı ki, Metsamor AES-in tullantılarının və bir neçə filizsaflaşdırma zavodunun tullantılarının Araza axıdılmasına, bu, faktdır. Bu barədə hələ 15 il qabaq dəyərli alimimiz Məmməd Salmanov da həyəcan təbili çalmışdı. Lakin məndən başqa buna reaksiya verən və gündəmə gətirən olmadı.
O vaxt mətbuatda yazılarla çıxış etdim.  Amma heç kimdən bir səs çıxmadı. “Azərsu” deyir ki, Bakıya verilən su əladır, təmizdir. Bakıdakı su yaxşıdırsa, niyə bütün imkanlı vəzifəli adamlar evlərində bahalı su filtr aparatları quraşdırıb?
Su filtr şirkətlərin birində işləyən dostum var. Deyir ki, həmin aparatları bir çox vəzifəli şəxslərin evində öz əllərimlə quraşdırmışam. Hətta çoxu əl yumağa belə o sudan işlədir. Fakt şəhərə verilən suda Kür və Araz çaylarında ağır metallar var.
Bu da bəziləri yolverilən normadan yüz dəfələrlə artıq. Bunu ETSN və xarici mütəxəssislər dəfələrlə təsdiq edib. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu