EKSPERT: “Azərbaycanda turizm sahəsi xalqın biznesinə çevrilməlidir”

Natiq Cəfərli:“Gürcüstanda əhalinin hər beş nəfərindən üçü birbaşa və ya dolayı yolla turizimdən gəlir əldə edir. Lakin Azərbaycanda belə bir prosesi hiss etmirik”


Xəbər verdiyimiz kimi, cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artıb. 2019-cu ilin yanvar-iyun aylarında bu sahədən əldə edilən gəlirlər ötən dövrlə müqaisədə 1887.7 milyon manat olub.

Maraqlıdır, turizm sahəsindəki bu artım əhalinin sosial-iqtidsadi rifahına necə təsir göstərəcək?

Sualımızı cavablandıran iqtisadçı- ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, hələ Azərbaycanda turizm sahəsi xalqın biznesinə çevrilməyib:

“Yəni, Gürcüstanda əhalinin hər beş nəfərindən üçü birbaşa və ya dolayı yolla turizmdən gəlir əldə edir. Türkiyədə 11 milyon insan bu sektorda çalışır. Azərbaycanda isə hələ turizm sahəsi xalqın biznesinə çevrilməyib deyə bu sektor insanların cibinə müsbət təsir göstərə bilmir.

Çünki ölkədə dörd, beş ulduzlu otellər şəbəkəsi böyük holdinqlərə məxsusdur. Amma bunun qarşısında sadə insanların məşğul olacağı kiçik otelçilik və hostellər inkişaf etməyib. Hazırda Bakıda barmaqla sayılacaq qədər hostel var.

Amma tək Tiflis şəhərində 790-a yaxın hostel  fəaliyyət göstərir. Bu da o deməkdir ki, Gürcüstanın turizm gəlirlər sadə insanlara yayılır. Bu tendensiya Türkiyədə də belədir. Lakin Azərbaycanda belə bir prosesi hiss etmirik.

Ölkədə turistlərin sayında, turizm gəlirlərinin həcmində artım olsa da, bu ancaq iri holdinqlərin gəlirlərinə təsir edir”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu