DİM-in addımı təqdir edildi: “Əngəlli gənclərin cəmiyyətə inteqrasiyasını sürətləndirəcək”

2019-2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayaıb.
Xəbərə əsasən həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan I və II dərəcəli gözdən əlil abituriyentlər tələb edilən sənədləri təqdim etməklə təhsillərini davam etdirə bilər.

Məsələni şərh edən təhsil eksperti Nadir İsrafilov “Sherg.az”a bildirirb ki, DİM-in bu addımını təqdirəlayiq hesab edir:
“Dünya praktikasında da fiziki qüsurlu insanlar cəmiyyətdən təcrid edilmir. Onların digər insanlarla bərabər hüquqa malik olması üçün müxtəlif addımlar atılır. Əngəlli uşaqlar, gənclər cəmiyyətə inteqrasiya etməlidirlər. Ölkəmizdə də belə bir addımın atılması artıq görmə əngəlli gənclərimizin cəmiyyətə inteqrasiyasını sürətləndirəcək.
Digət tərəfdən təhsil sahəsində təhsilin hər kəs üçün əlçatan olması kursunu tətbiq edirik. Cəmiyyətin hər bir fərdinə təhsilini davam etdirməsi üçün bir çox imkanlar yaradılır. Artıq yeni təhsil ilindən etibarən 20 nəfər görmə əngəlli abituriyent təhsilini davam etdirəcək. Fikrimcə, bu təqdirəlayiq bir addımdır. Artıq bu sahədə ilk addımlar atılır. Gələcəkdə belə imkanlar daha da genişləndiriləcək.
Gözdən əlil abituriyentlərlə yanaşı, digər fiziki əngəlli gənclərə bu cür imkanlar yaradılacaq”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu