“II ixtisas qrupu üzrə 6 min plan yeri boş qalacaq” – Nəticələr aşağıdır

“II ixtisas qrupu üzrə 6 min plan yeri boş qalıb”.


Bu barədə “Sherg.az”a II və III ixtisas qrupları üzrə keçid ballarının aşağı salınması haqqda danışarkən təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarında aşağı bal yığması bu il II və III ixtisas qruplarında keçid ballarını aşağı salacaq:

“Bu il keçid ballarının enməsi xüsusi ilə II ixtisas qrupunda plan yerlərinin dolmasına müsbət təsir göstərəcək. Amma III ixtisas qrupunda balların enməsi o qədər də önəmli deyil.

Çünki həmin ixtisas qrupu üzrə minimal bal toplayanların sayı yetərlidir və plan yerləri tam şəkildə dolacaq. Lakin bizim apardığımız monitorinqə görə, II ixtisas qrupu üzrə plan yerləri boş qalacaq.

Çünki bu qrup üzrə müsabiqə şərtini səkkiz min abituriyent ödəyib. Amma II ixtisas qrupu üzrə 14 min nəfərlik plan yeri ayrılıb.

Yəni bütün hallarda səkkiz min abituriyent qəbul olsa, 6 min plan yeri boş qalacaq. Düşünürəm ki, II ixtisas qrupunda bu vəziyyətin olmağı abituriyentlərin ali təhsil müəssisələrinə hazırlıqlarının yetərli olmamasını göstərir.

Yəni, orta məktəblərdə dərslər zəif keçirilir. Otra məktəblərdə təhsilin aşağı olması sonda şagirdlərin belə zəif nəticə göstərməsinə səbəb olur”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu