“YPX maşınlarının maketi effektini göstərəcək”- Faydalı metod


Yol polisi Azərbaycanda yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücüləri qaydalara əməl etməyə səsləmək məqsədilə yeni təcrübədən istifadə edib.
Artıq bir neçə gündür, yollarda Yol Patrul Xidməti(YPX) avtomobillərinin maketləri quraşdırılıb. Maket kənardan baxanda patrul avtomobili kimi görünür. Həmçinin  maketlər daşına bilir və tez-tez yeri dəyişdirilir.
Maraqlıdır, yollara YPX avtomobillərinin maketləri quraşdırılması yol- nəqliyyat hadisələrinin sayının azalmasına necə təsir göstərəcək?
Sualımı cavablandıran nəqliyyat üzrə tanınmış ekspert Elməddin Muradlı “Sherg.az”a bildirib ki, yollarda bu cür maketlərin quraşdırılması dünyanın bir çox ölkələrində tətbiq edilmiş praktikadır: 
“Məlum addım yol-nəqliyyat təhlükəsizliyi baxımından faydalı bir metoddur. Avropanın bir çox ölkələrində həyata keçirilən bu təşəbbüs ölkəmizdə də müsbət səmərə verəcək. Rusiya, Türkiyə kimi qonşu ölkələrdə istifa edilən bu maketlər ilbəil təkmilləşdirilir. Məsələn, YPX maşının yanında polis maketi də qoyulur. Bu zaman sürücülər daha da şübhəyə düşür.
Eyni zamanda tez-tez bu maketlərin yeri dəyişdirilir. Burada da məqsəd sürücürəlin bu maketin olduğu yeri alışqanlıq kimi qəbul etməməsidir. Digər tərəfdən maketlərin yeri dəyişilən zaman onun olduğu əraziyə həqiqi YPX avtomobili qoyurlar. Bütün bunlar sürücüləri sürəti nəzarətdə saxlamağa məcbur edir.
Həmçinin maketlərin yanına xüsusi texniki vasitələr də quraşdırılır. Sürücü hər hansısa bir qanun pozuntusu etdikdə maketlərin yanında quraşdırılmış kamera və ya radar vasitəsi ilə həmin şəxs aşkarlanıb cərimə ediləcək. Dünya təcrübəsindən istifadə edərək gələcəkdə bu maketlər daha da təkmilləşdiriləcək.
Düşünürəm ki, görülən bu tədbirlər müsbət səmərə verəcək.
YPX maşınlarının maketi yaxın zamanda öz effektini göstərəcək”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu