Rusiya Baş Qərargahı - ABŞ Suriyada diversiya qrupları yaradır


Rusiya və Türkiyə Suriyada yaraqlıların atəş nöqtələri, onların texnika və silah-sursat anbarlarının müəyyənləşdirilməsi və məhv edilməsi istiqamətində tədbirlər görür.


Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib.

General-polkovnik eyni zamanda Suriyada ABŞ-ın nəzarətində olan Ət-Tanf zonasında diversiya qruplarına təlim keçdiyini də bildirib: "ABŞ tərəfindən təlim keçən yaraqlıların məqsədi neft-qaz infrastrukturunun məhv edilməsi və Suriya hökumət qüvvələrinə qarşı terror aktları törətməkdir.

Onun sözlərinə görə, bu yaraqlıların bir hissəsi ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopterlər vasitəsilə Fərat çayından cənuba göndərilir. Daha hazırlıqlı yaraqlılar isə hökumət qüvvələrinin nəzarətində olan ərazilərdə vəziyyəti gərginləşdirmək üçün həmin ərazilərə yollanırlar.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu